İranda daha bir qadın həbs edildi -

Gün Azərbaycanın Zəncan əyalətində azərbaycanlı qadın fəal həbs edilib.

Metbuat.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Pedaqoji universitetin incəsənət fakültəsinin məzunu, təhsil ocağının Həmkarlar İttifaqının keçmiş katibi Zöhrə Əliəkbəri Cəm dekabrın 19-da təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Hələlik xanım fəalın həbs səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, İranda bu günə qədər davam edən etirazlarda 503 nəfər həlak olub, onlardan 69-u uşaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR