Dünya çempionatının finalında Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappenin Argentina ilə olan matçın fasilə anında görüntüləri yayılıb.
Metbuat.az xəbər verir ki, o, həlledici gecədə komanda yoldaşlarına oyunu dəyişdirə biləcəklərini söyləyib: "Biz belə uduza bilmərik. Biz meydançaya qayıdıb, oyunu çevirməliyik. Bu, dünya çempionatıdır. 2 qol buraxdıq, ikisini də vura bilərik. Uşaqlar, bu 4 ildə bir dəfə olur".
Xatırladaq ki, Dünya Çempionatı -2022-də Argentina Fransaya qalib gələrək dünya çempionu olub.
"Xoruzlar"ın oyunçusu Kilian Mbappe oyunun əsas vaxtının son dəqiqələrində ard-arda 2 qol vuraraq matçda bərabərlik yaratmışdı -2:2. Əlavə edilən 30 dəqiqədə də həmçinin Fransa hesabı 3:3 etmişdi. Penaltilər seriyasında isə Mbappe dəqiq zərbəsinsən yaralansa da, komandası Arentinaya 4:2 hesabı ilə uduzmuşdu.
24 yaşlı hücumçu Qətərdə keçirilmiş mundialda dünya çempionatları tarixində yeni rekorda imza atıb. Argentina seçməsinə qarşı final matçında het-trik edən forvard həlledici görüşlərdə ən çox fərqlənən oyunçu adına sahib çıxıb. Həmçinin o, dünya çempionatının ən sərrast futbolçusu olub.