FİFA-dan Nüsrətlə bağlı açıqlama - "Aşpazı meydançaya kim buraxıb? /

Qətərdə keçirilən dünya çempionatının final fitindən sonra ''Salt Bae'' ləqəbli Nüsrət Gökçənin meydançaya daxil olması ilə bağlı araşdırmalar başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə FİFA məlumat verib. Açıqlamaya görə, FİFA Nüsrətin meydançaya daxil olmasına icazə verməyib. Bildirilib ki, Nüsrətin meydançaya daxil olmasına icazə verən şəxslər cəzalandırılacaq.

Qeyd edək ki, Nüsrət Gökçənin final oyunundan sonra meydançaya daxil olması müzakirələrə səbəb olub. Bildirilir ki, kənar şəxslərin meydana daxil olaraq kuboka toxunması qadağandır. Lakin Argentina-Fransa qarşılaşması başa çatan kimi Nüsrət meydançaya daxil olub və kuboku götürərək fotolar çəkib. İddia edilir ki, Nüsrət Gökçə FİFA prezidenti Canni İnfantinonun yaxın dostudur. Türk aşpaz bu nüfuzundan istifadə edərək meydançaya daxil olub. Onun üzərində FİFA-nın xüsusi akkreditasiya kartının olması diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR