Sərəncamla müavin vəzifəsindən azad edilən şəxslər kimdir? -

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev vəzifəsindən azad edilib.

Metbuat.az xəbər verir ki, Abdullayev 1963-cü il iyul ayının 26-da anadan olub. 1985-ci ildə Kiyev İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1985-1996–cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib.

1996-2006-cı illərdə isə Azərbaycan Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.

2006-cı il iyunun 21-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilb. Ailəlidir, 2 övladı var.

Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

İqbal Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub. O, 1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib, 1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.

1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim, 1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent, 1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru, 2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

2018-ci il 6 iyul tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

Avropa, Amerika və Asiyanın 60-a yaxın ölkələrində dövlət tədbirlərində, konfrans və seminarlarda iştirak etmiş və elmi məruzələri ilə çıxış etmişdir.
Ukraynanın 2 (iki) Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən Professor elmi adı verilmişdir. Layihələrin İdarə Olunması üzrə MDB ölkələrində ilk elmlər doktorudur. BMT-nin Asiya və Sakit Okean Regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin üzvüdür . Orta Asiya ölkələri üzrə “Sərhədyanı əməkdaşlıq və İqtisadi əlaqələr üzrə Dövlət Gömrük Xidmətinin potensialının gücləndirilməsi” sahəsi üzrə ATƏT-in beynəlxalq ekspertidir. MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri şurasının “Rəqəmsal Gömrük” işçi qrupuna rəhbərlik edir. Bir çox yerli və beynəlxalq layihələrə rəhbəri olmuşdur, o cümlədən “Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi”, “Gömrük sistemində Bir pəncərə”, “Elektron Gömrük”, ”SMART CUSTOMS” və “Malların buraxılış vaxtının ölçülməsi” və ticarətin asanlaşdırılması üzrə digər innovasiya layihələri.

Asiya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və digər beynəlxalq təşkilatların eksperti kimi Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızstan və Ukrayna ölkələrində gömrük sahəsinin modernləşdirilməsi və innovasiya texnologiyalarının tətbiqi istiqamətində layihələr həyata keçirməkdədir.

Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzpMA) yaradıcısı, hal-hazırda prezidenti və Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İnternational Project Management Association) direktorlar şurasının üzvüdür.

20-ə yaxın dövlət təltifləri və mükafatlarına layiq görülüb. O cümlədən, 2011-ci ildə Azərbaycan Republikasının Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, 2014-cü ildə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2017-ci ildə “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni və Ukraynanın Prezidentinin 22 avqust 2020-ci il tarixli sərəncamı ilə “Əmək və şücayətə görə” medal ilə təltif olunub. Ukrayna, İngilis və Rus dillərini bilir. Evlidir, iki övladı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR