Lavrov Yunanıstana xəbərdarlıq etdi

“Yunanıstan Rusiyadan aldığı S-300 müdafiə sistemlərini 3-cü ölkəyə vermək hüququna malik deyil”.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, iki ölkə arasında imzalanmış müqavilədə bu məsələ qeyd edilib. Müqaviləyə görə, Rusiyanın icazəsi olmadan Yunanıstan müdafiə sistemlərini heç kimə verə bilməz. “Biz bunu yunanlara xatırlatdıq” deyən Lavrovun sözlərinə görə, Yunanıstan tərəfi öhdəliklərinə əməl edəcəklərini bildiriblər.

Qeyd edək ki, Yunanıstan mediasında Afinanın Ukraynaya S-300 müdafiə sistemləri verəcəyi barədə iddialar dərc edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR