Havada böyük təhlükə: ABŞ və Çin təyyarələrinin toqquşmasına 6 metr qaldı

“Çinə məxsus “J-11” qırıcısı ötən həftə Cənubi Çin dənizi üzərində ABŞ-ın “Boeing RC-135” kəşfiyyat təyyarəsinin 6 metr yaxınlığında uçub.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığı bəyanat yayıb.

Bildirilib ki, Çın qırıcısının təhlükəli manevri toqquşma riski yaradıb.

Bəyanatda qeyd olunub ki, ABŞ təyyarələri bundan sonra da beynəlxalq hüquqa uyğun olaraq bütün gəmilərin və təyyarələrin təhlükəsizliyini nəzərə alaraq beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR