İranla sərhəddə 2 nəfər tutuldu

Dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kq 700 qram “marixuana”, 500 qram “metamfetamin” və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd Türkiyə istehsalı olan “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırmaaşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR