PSJ-nin futbolçusu Kilian Mbappe son bir ildə fransızlar arasında ən çox sevilən şəxslər siyahısında dördüncü yeri tutub.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, “Journal du Dimanche” tərəfindən hər il keçirilən ənənəvi sorğuda 24 yaşlı hücumçu müğənni Jan-Jak Qoldman, astronavt Tomas Peskye və aktyor Ömər Siyə uduzub.
İlk 50-liyə fransalı Olivye Jiru (9-cu), Antuan Qrizmann (11-ci) və Uqo Lyoris (18-ci) də daxil olub.
Millinin baş məşqçisi Didye Deşam isə sorğuda 23-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, Kilian Mbappe Qətərdə keçirilən dünya çempionatının finalında Argentina ilə oyunda het-trik etmişdi.
Qeyd edək ki, 24 yaşlı fransalı yeddi matçda səkkiz qol (ikisi penaltidən) və iki məhsuldar ötürmə ilə yadda qalıb. Turnirin bombardiri olan Mbappe mundialda het-trik edən 2-ci futbolçu olub.