Ərdoğan türk raketlərindən qorxuya düşən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan mediasında gündəm olan “Tayfun” raketləri barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Yunanıstanın narahat olmasına ehtiyac yoxdur. Ərdoğanın sözlərinə Türkiyənin özünə qarşı həmlələr etməyən qüvvələrlə işi olmaz:

“Raketləri özümüz düzəldirik. Yunan qəzetləri manşet edir. “Siz yatırsınız. Türkiyə isə Tayfunu İzmirdən göndərir”. 560 kilometr məsafə azdır dedim. Biz bunu 1000 kilometrə çatdırmalıyıq. Bu dəfə yunanlar “Afinanı vuracaqlar” deməyə başladı. Sakit olun, bizim Afina və matina ilə işimiz yoxdur. Bizə toxunmayanlara toxunmuruq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR