İki piyada qəzanın qurbanı oldu

Son 2 gündə iki piyada qəza qurbanı olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlmat verilib.

Hadisələrdən ilki yanvarın 4-də saat 12 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində qeydə alınıb. Belə ki, Zəngişalı kənd sakini Y.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini B.Əsgərovu vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və yanvarın 5-də orada ölüb. Analoji hal yanvarın 5-də saat 20 radələrində Səbail rayonu ərazisində baş verib. R.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini N.Qurbanovanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR