"Qarabağ" Kadini satdı,

“Qarabağ"ın heyətinə yeni futbolçu qoşulub.

Metbuat.az Qol.az-a istinadən xəbər verir ki, bu, 2022-ci ilin yayından azad agent olan Adama Diakabidir. O, hazırda Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışındadır. Fransalı vingerlə tibbi müayinədən keçdikdən sonra, yaxın 2-3 gün ərzində müqavilə imzalanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Diakabinin “Qarabağ”ın düşərgəsinə qoşulması barədə ilk xəbəri futbolinfo.az saytı yazıb.

Xatırladaq ki, “Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola “Renn”də başlayıb. O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə, 2020-ci ildə “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.

“Qarabağ”da yeni legioner


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR