Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” təqdimatı ilə dünyanın diqqətini çəkib.

Metbuat.az xəbər verir ki, “Taliban” hazırladığı yerli avtomobili ictimaiyyətə təqdim edib. Bildirilib ki, “Mada 9” adlı avtomobilinin hazırlanmasına “Taliban” hakimiyyətə gəlməzdən hələ 4 il əvvəl başlayıb. Çox dəbdəbəli idman avtomobilinə bənzəyən avtomaşını ”Bugatti”yə bənzədənlər olub. Almaniya mətbuatının məlumatına görə, xarici görünüş bənzəsə də avtomobilin salonu çox fərqlidir. Məlumata görə, avtomobilin mühərriki çox güclü deyil. Mühərrik “Toyota”nın Corolla avtomobillərində istifadə etdiyi mühərrik əsasında hazırlanıb.

Qeyd edək ki, “Corolla” Əfqanıstanda ən sevilən avomobildir.