Mal-qara oğurluğunda şübhəli bilinən qrup üzvləri saxlanıldı -

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən qrup üzvlərini saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, araşdırmalarla onların Ağcabədi rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Zülfiqar Cəfərov, Əbülfəz Hüseynov və Zülfiqar Əhmədov olduqları müəyyən edilib.

Adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq rayonun müxtəlif kəndlərində yerləşən fermalardan 49 baş xırdabuynuzlu və 2 baş iribuynuzu heyvanları oğurlayaraq vətəndaşlara 15 min manata yaxın ziyan vururblar. Araşdırmalarla Z.Cəfərovun yaşadığı ünvandan 19 baş xırdabuynuzlu və 2 baş iribuynuzlu heyvan aşkar edilərək maddi sübut kimi götürülüb. Həmin şəxslərin analoji cinayətlərdə iştiraklarının yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bundan başqa keçirilmiş tədbirlərlə rayon ərazisindəki fermaların birindən xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən daha bir qrup üzvləri də saxlanılıblar. Onların Yevlax rayon sakini Vüsal İsayev, onun həyat yoldaşı kimi yaşadığı Arzu Davidova və Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Anar Babaşov olduqları aşkar edilib. Həmin şəxslər öncədən planlaşdıraraq rayon ərazisində yerləşən fermaya daxil olub və oradan 10 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkmiş şəxsə 2000 manat miqdarında ziyan vurublar.

Qeyd edilən faktlarla əlaqədar cinayət işləri başlanılıb, müvafiq araşdırmalar davam etdirilir.

Bərdədə fermadan heyvan oğurlayan şəxslər saxlanılıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR