Keçmiş deputat Mürsəl Nəbizadə evində öldürüldü -

Əfqanıstanın keçmiş millət vəkili, ölkənin tanınmış qadın siyasətçilərindən olan Mürsəl Nəbizadə evində qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, 32 yaşlı siyasətçi naməlum şəxs tərəfindən evində güllələnib. “Taliban” polisinin məlumatına görə, hadisə barədə araşdırmalara başlanılıb.

Qeyd edək ki, siyasətçi Mürsəl Nəbizadə “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl parlamentdə deputat idi. O, “Taliban” hakimiyyəti ələ keçirəndən sonra ölkəni tərk etməyən az saylı qadın siyasətçilərdən idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR