Kolumbiyanın şərqindəki Meta bölgəsində patrul xidməti həyata keçirən 30-a yaxın əsgər kəndlilər tərəfindən girov götürülüb.
Metbuat.az xəbər verir ki, Prezidenti Petro Qustavo ötən ilin dekabr ayında atəşkəs elan edib. Kəndlilər iddia edir ki, əsgərlər atəşkəsə əməl etmədiyi üçün saxlanılıblar. Meta qubernatoru Juan Guillermo Zuluaganın sözlərinə görə, əsgərlər ikitərəfli atəşkəsi pozmayıb və onlara proqrama uyğun olaraq patrul xidməti həyata keçirib. "Onların yerinə yetirdikləri normal vəzifələr Prezidentin fərmanını pozmur. Region demilitarizasiya edilmiş yer deyil, ictimai qüvvə orada olmalıdır”- qubernator deyib. Ordu isə əsgərləri dərhal azad etməyə çağırıb.
Qeyd edək ki, Prezident Petro silahlı üsyançı qruplaşma “Milli Azadlıq Ordusu” və digər 4 silahlı qruplaşma ilə altı aylıq atəşkəs elan edib.