Futbol qarşılaşmalarında vaxt itkisini kompensasiya etmək üçün yeni qaydalar təklif edilir.

Metbuat.az "Röyters"ə istinadən xəbər verir ki, FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası bununla bağlı 3 təklif hazırlayıb. Birinci təklif basketbolda olduğu kimi, futbolda da top meydanı tərk edərkən vaxtın dayandırılmasıdır. İkinci təklif isə Qətərdə keçirilən dünya çempionatında olduğu kimi topun oyunda olmadığı vaxtın əlavə dəqiqələr formasında artırılmasıdır. 3-cü təklif isə daha sərtdir.

Top meydandan çıxandan sonra onun müəyyən edilmiş vaxtda oyuna daxil edilməsidir. Müəyyən olunmuş vaxtda top oyuna daxil edilməsə futbolçu cəzalandırıla bilər. Təkliflər müzakirə ediləndən sonra qərar veriləcək.