İranda İŞİD-ə bağlı 2 terrorçu dəstə məhv edildi

İranın Sistan və Bəlucistan əyalətində İŞİD-ə bağlı 2 terrorçu dəstə məhv edilib.

Metbuat.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyinin Sistan və Bəlucistan əyaləti üzrə Kəşfiyyat Baş İdarəsi məlumat verib.

"Terror qruplaşmasının məqsədlərindən biri də Çabaharda əcnəbiləri və iş adamlarını girov götürmək olub. Aralarında Əfqanıstan və Tacikistan vətəndaşlarının da olduğu qrupların üzvlərinin etirafları göstərir ki, onların ölkənin cənub-şərqində təhlükəsizliyi pozmaq üçün geniş planları olub", - bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR