Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibi Yens Stoltenberqlə görüşəcək.

Metbuat.az xəbər verir ki, bu barədə hərbi alyansın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş yanvarın 23-də Mirzoyanın Belçikaya səfəri çərçivəsində baş tutacaq.