“Telegram” Rusiyada “WhatsApp”ı geridə qoyub

"Telegram" messenceri 2022-ci ildə istifadəçi aktivliyinə görə birinci yeri tutaraq, trafikə görə ilk dəfə olaraq "WhatsApp"ı ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə bazar ertəsi "Vedomosti" nəşri yazıb.

Məlumata görə, 2023-cü ilin əvvəlinə "Telegram" istifadəçi trafikinin həcmi ani messencerlər arasında ümumi həcmin 60-80%-ni təşkil edib.

""Telegram" sürətlə böyüyən messencerdir. Ötən il ərzində müxtəlif operatorlar arasında aparılan araşdırmaya görə, onun auditoriyası demək olar ki, 50% artıb. Messencer həm xəbər, həm əyləncə kanalları, həm də mesajlaşma imkanı sayəsində bu populyarlığı qazanıb".

Nəşr onu da qeyd edir ki, 2023-cü ilin yanvarına qədər Rusiyada "Telegram"ın auditoriyası ölkədəki bütün internet istifadəçilərinin təxminən 40%-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR