"Rusiya əlaqələri dayandırdıq" deyən Qərb dünyanı belə aldadıb

Rusiyada fəaliyyət göstərən Avropa İttifaqı və G7 ölkələrinə məxsus 1405 şirkətdən yalnız 120-si investisiyalarını geri çəkib.

Metbuat.az xəbər verir ki, bu barədə müstəqil akademiya təşkilatı İMD-nin Strategiya və Beynəlxalq Biznes professoru Niccolo Pisani açlıqlama verib. O bildirib ki, baş ofisi Avropa İttifaqı və G7 ölkələrində yerləşən şirkətlərin əksəriyyəti Ukrayna müharibəsi başlayandan sonra Rusiyada fəaliyyətini davam etdirib. Məlumata görə, Rusiyadakı 3444 xarici şirkətdən 2405-nin baş ofisi G7 və ya Avropa İttifaqı ölkələrində yerləşir.

Onların yalnız 8,5 faizi yəni 120-si Rusiyadan çıxıb. Rusiyada fəaliyyətini dayandıran 120 şirkətdən 25 faizi ABŞ, 12,5 faizi Finlandiya və 11,7 faizi Almaniya şirkətləridir. Digərləri isə Böyük Britaniya, Hollandiya, Fransa və digər Qərb ölkələrinə məxsusdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR