"Politico": “Avropada tanklardan sonra Kiyevə qırıcıların verilməsi müzakirə olunur”

Ukrayna rəsmiləri tanklardan sonra Kiyevə müasir Qərb qırıcılarının verilməsi ilə bağlı müzakirələrin aparılması təşəbbüsü ilə çıxış ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın "Politico" jurnalı yazıb.

NATO-nun hərbi nümayəndələri ilə müzakirələrdə iştirak edən diplomatlardan biri jurnala açıqlamasında deyib: "Növbəti addım qırıcı təyyarələr olacaq".

Nəşr yazıb ki, bu ideyanın əsas dəstəkçiləri Baltikyanı dövlətlərdir.

Hazırda böyük Avropa dövlətləri qırıcıların verilməsinin Ukraynada münaqişənin növbəti gərgin mərhələsinə səbəb olacağından ehtiyatlanır və buna görə də bu ideyanı dəstəkləmir.

Yüksək vəzifəli diplomatlardan biri deyib ki, hazırda Ukraynaya qırıcı təyyarələrin tədarükü məsələsi tamamilə ağlasığmazdır, lakin artıq 2-3 həftədən sonra bu ideyanın aktiv müzakirəsi başlaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR