"Qərb ölkələri Ukraynaya qırıcı təyyarələrin verilməsi ilə bağlı daxili müzakirələr aparırlar".

Metbuat.az xəbər verir ki, bu barədə açıqlamanı "Politico" nəşrinə Şimali Avropa diplomatlarından biri deyib. Məlumata görə, Vaşinqton da öz növbəsində Kiyevə bildirib ki, qırıcıların hazırda verilməsi müzakirə predmeti deyil. Diplomatik dairələrdəki digər mənbə nəşrə açıqlamasında qırıcıların verilməsinin bu gün tamamilə ağlasığmaz göründüyünü ifadə etsə də, lakin ehtimal var ki, iki və ya üç həftədən sonra bununla bağlı müzakirələr başlaya bilər.

Qəzetin yazdığına görə, bu müzakirələr tankların tədarükü məsələsindən daha çox mübahisə yarada bilər.

Bəzi rəsmilər bu məsələnin gələn ay ABŞ-ın Ramşteyn aviabazasında keçiriləcək görüşdə qaldırıla biləcəyini təklif edirlər. "Politico" onu da qeyd edir ki, əsasə məsələlərdən biri də qırıcıların təhvil verilməsi zamanı çoxlu sayda logistik problemlərin həlli ilə bağlıdır.