"İran məsuliyyət daşıyır" -

"Bütün hallarda Tehranda baş verən hadisələr görə həm də İran dövləti məsuliyyət daşıyır"

Metbuat.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Tehrandakı səfirliyimizə edilən hücuma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi: "Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. İranda da bizim səfirliyimiz yüksək səviyyədə qorunmalı idi. Burada eyni zamanda İranın Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır. Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək, yanılır. Səfirliyimizi peşəkarlıqla qoruyan təhlükəsizlik xidmətinin əməkdaşlarına təşəkkür edir, dünyasına dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirəm", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR