Terrorçunun "uşaqla gəlməsi" nağılını ifşa edən görüntülər -

Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktının yeni görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, görüntülərdə cinayətkarın avtomobillə hadisə yerinə yaxınlaşması əks olunub.

O, maşını ilə diplomatik nümayəndəliyin qarşısında duran avtomobili vurub. Daha sonra əlində avtomat olan şəxs səfirliyin binasını mühafizə edən iranlı polisə əl hərəkəti ilə müdaxilə etməməsini göstəriş verir və binaya daxil olur.

Qeyd edək ki, Tehran polisinin rəisi Hüseyn Rəhimi hücum edən şəxsin iki azyaşlı uşağı ilə səfirliyə daxil olduğu barədə açıqlama vermişdi. Guya atəş açan şəxs ailə problemləri və şəxsi məsələlərə görə hücum etdiyini bildirib. Lakin görüntülərdən də məlum olur ki, terrorçunun yanında heç kəs olmayıb və hadisə düşünülmüş, planlaşdırılmış terror hadisəsidir. Bunlar Tehran polis rəisinin yalan danışdığını bir daha sübut edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR