İsraildən Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı açıqlama -

“Azərbaycanın Tehrandakı səfirliyinə təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsi ilə nəticələnən dəhşətli hücum bizi sarsıdıb və kədərləndirib”.

Metbuat.az-ın məlumatına görə, bu barədə İsrail XİN-in sözçüsü Lior Haiat özünün “Twitter” hesabında paylaşım edib.

O, Azərbaycan xalqına və hökumətinə, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib və yaralıların tezliklə sağalmasını diləyib.

Həmçinin İsrailin ölkəmizdəki səfiri Corc Dik də bu ağır vaxtda Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR