Azərbaycan Mərkəz Partiyası İranda Azərbaycan səfirliyinə olan terror hücumla ilə bağlı bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun şahidi olduq və çox təəssüf ki, bu terror hadisəsində Azərbaycanın bir vətəndaşı şəhid olub,və iki nəfər yaralanıb. Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Türk millətinə və dövlətinə və şəhidin ailəsinə başsağlığı elan edir. Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilən bu terror aktını pisləyib, Şəhidimiz üçün Uca Allahdan rəhmət və bağışlanma diləyir habelə hücumda yaralıların tezliklə sağalmasını arzulayırıq . Biz bu terror aktı ilə bağlı faktların üzə çıxarılmasını tələb edirik və İran İslam Respublikası hökumətinin terror hadisəsi görə cavab verməli olduğunu qeyd edirik".