UNEC Elmi Şurasının qərarı ilə UNEC əməkdaşlarının vəzifə maaşları 10 faiz artırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, UNEC-də artıq orta əmək haqqı 1296 manat, o cümlədən pedaqoji heyət üzrə 1485 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1115 manatdır.

Qeyd edək ki, bundan öncə Mingəçevir Dövlət Universeitinin əməkdaşlarının maaşları da 12% artırılıb.