Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidinə aparılıb.
Metbuat.az xəbər verir ki, daha sonra şəhidimizin nəşi ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, şəhidimiz bu gün II Şəhidlər xiyabanında dəfn olunacaq.