Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə İranda fəaliyyət göstərən "Hüseyniyyun" qruplaşmasının üzvü olub.

Metbuat.az Gunaz.tv-yə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı mediaya açıqlama verib.

"O, "Hüseyniyyun"un üzvü idi və Suriyada İran qüvvələrinin tərkibində Bəşər Əsərin xeyrinə döyüşüb", -terrorçunun həyat yoldaşı bildirib.