ABŞ Ukraynaya F-16 qırıcıları verməyəcək

ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynaya F-16 qırıcıları tədarük etməyəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə Bayden jurnalistin "ABŞ Ukraynaya F-16-lar verəcəkmi?" sualına cavab verərkən deyib. “Yox” deyərək qəti cavab verən Baydenin sözlərinə görə, ABŞ-ın belə planı yoxdur. Bayden Rusiya-Ukrayna müharibəsinin ildönümündə Avropaya səfər edib-etməyəcəyi ilə bağlı suala isə “Əmin deyiləm” cavabını verib.

Qeyd edək ki, Baydenin Rusiya-Ukrayna müharibəsinin ildönümü olan fevralın 24-də Ukraynaya səfər edəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Ağ Evin sözçüsü Karine Jean-Pierre qeyd edib ki, Baydenin müharibənin ildönümü üçün hələ səyahət planı yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR