"Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu şiddətlə qınayırıq".

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

"Qanlı cinayətin törədilməsində əli olanların ən sərt şəkildə cəzalandırılmasını tələb edirik. Milli Məclis olaraq da öz bəyanatımızı vermişik. Şəhidə Allahdan rəhmət diləyir, yaralıların sağalmasını arzulayırıq", - deyə spiker qeyd edib.