Prezident bu deputatı

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoliy Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Anatoliy Xaimoviç Rafailov 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirib. Rus, ingilis və fars dillərini bilir.

1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil alıb. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışıb, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə «Hesed Qerson» Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olub. 2015-ci ildən «Sağlam ailə» MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. Bitərəfdir. Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Cibuti, Əfqanıstan, Rusiya, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 1 övladı var.

Qeyd edək ki, sabah Milli Məclisin deputatı Anatoliy Rafailovun 70 yaşı tamam olur.

undefined


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR