Hollandiyalı alim Frank Hoogerbeet fevral ayının 3-də bu gün baş verən zəlzələ haqqında dəqiq proqnoz verib.
Metbuat.az xəbər verir ki, bu barədə alim özünün tviter hesabında məlumat yayıb.
O, sözügedən tarixdə qeyd edib ki, Cənubi-Mərkəzi Türkiyə, Suriya, Livanda təqribən 7,5 bal gücündə zəlzələ olacaq.
Frank bu gün tvit ataraq bildirib ki, güclü seysmik aktivlik hələ də var.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin 10-a yaxın bölgəsində və Suriyanın şimalındakı dəhşətli zəlzələ ölümə səbəb olub. Belə ki, Türkiyədə son rəqəmlərə görə, 76 nəfər ölüb, 400-dən çox adam yaralanıb. Suriyada isə 237 nəfər ölüb, 639 nəfər yaralanıb.