Türkiyəyə yardım göstərməyə hazırıq -

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Metbuat.az Unian-a istinadən xəbər verir ki, bu barədə Zelenski “Twitter“də yazıb. Ukrayna lideri qeyd edib ki, Kiyev bu ağır gündə Türkiyə xalqının yanındadır.

“Prezident Ərdoğana, türk xalqına və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən şəxslərin ailələrinə başsağlığı verirəm. Bu ağır vaxtda Türkiyə xalqının yanındayıq. Dağıntıların nəticələrini aradan qaldırmaq üçün bütün lazımı yardımı göstərməyə hazırıq”, - Zelenski qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib. 4 əyalətdə baş verən 7.4 ballıq zəlzələ nəticəsində ilkin məlumatlara görə 49 nəfər ölüb, 529 nəfər yaralıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR