Türkiyədə 7,7 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 912 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə AFAD Koordinasiya Mərkəzinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan məlumat verib.
Qeyd edilib ki, zəlzələ nəticəsində 5385 nəfər yaralanıb.
Səhər saatlarından etibarən 2470 nəfər dağıntılar altından çıxarılıb.