Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı qərarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, məhkəmə eks-prezidentin həbsdən azad edilməsi tələbini rədd edib və onun həbsdə qalmasına qərar verilib. Saakaşvili məhkəmənin qərarını “ölüm hökmü” adlandırıb.

Bundan əlavə, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyası ölkə parlamentindən çıxdığını elan edib.

Qeyd edək ki, son vaxtlar səhhətində ciddi problemlərin olduğu deyilən sabiq prezidentin həbsdən azad olunması tələb edilirdi.