​PKK zəlzələdən istifadə etdi -

PKK terror təşkilatı zəlzələni fürsət bilərək Türkiyə sərhədlərinə hücum etməyə cəhd göstərib.

Metbuat.az CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, PKK/YPG terror təşkilatı zəlzələni fürsət bilərək Tel Rıfatdan Öncüpınar sərhəd postunun məsuliyyət zonasına alçq hücum gerçəkləşdirib və artıqlaması ilə cavab verilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR