Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Metbuat.az xəbər verir ki, məlumatda qeyd edilib ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.

Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.

Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Bir bunu deyən yazı "TÜRKİYE YÜZYILI BİRLİK VE DAYANIŞMA PLATFORMU AZERBAYCAN YARDIM TOPLAMA MeNTaQesi İRTİBAT NUMARALARI Sinan Kartal: +994 50 322 72 99 Cengiz Aygör: +994 50 312 06 33 Önder Aksoy: +994 55 505 44 19 Mehmet Akbıyık: +994 50 215 24 18 TÜRKİYE YÜZYILI BİRLİK VE DAYANIŞMA PLATFORMU: +994 55 709 70 19 YARDIM TOPLAMA ADRESİ Doğtaş Mebel maqazini, Bab rospekti 27, Bakü/Azarbaycan" şəkili ola bilər