Ana qızına ev aldı, qızı dağıntılar altında qaldı:

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən zəlzələrdə dağıntılar altında qalan minlərlə insan var.

Metbuat.az NTV-yə istinadən verdiyi məlumata görə, Kahramanmaraşda 3 gün öncə qızına ev alan Nalan Şimşek bildirib ki, təbii fəlakətdən cəmi 2 gün əvvəl qızı təzə evlərinə köçüb. Ana qeyd edib ki, qızı hələ də dağıntılar altındadır: "Zəlzələdən əvvəl mənə zəng edib evi göstərdi. Mənə də yataq dəsti aldığını deyərək sürpriz etmək istəyirdi. Duş qəbul edib yatmağa hazırlaşacağını söylədi. Qızım itdi, ona məzar aldım, ev yox".

Qeyd edək ki, son rəqəmlərə görə, zəlzələ nəticəsində 3432 nəfər həyatını itirib, 21 103 nəfər xəsarət alıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR