Kahramanmaraşda itkin düşmüş azərbaycanlı tələbə dağıntılar altından

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Report”un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

Belə ki, Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:

“Xəsarət alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.

Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:

“Valideynlərinin də məlumatı var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR