Türkiyədə zəlzələdə ölənlərin sayı 5 mini ötdü -

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 5 mini ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama yayıb.

O bildirib ki, hazırda ölənlərin sayı 5434 nəfərə, yaralıların sayı isə 31777 nəfərə çatıb.

21:49

Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə çatıb, 26 min 721 nəfər xəsarət alıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, 8 mindən çox insan dağıntılar altından xilas edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR