Elnarə Türkiyədəki zəlzələnin süni yaradıldığından şübhələndi:

Müğənni Elnarə Xəlilova Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında alim Nikola Teslanın ilk süni zəlzələ təcrübəsi haqda yazıya reaksiya verib.

İfaçı Türkiyədəki faciənin də bu yolla baş verə biləcəyini düşünüb.

"Bununla bağlı bir fikri olan varmı? Sizcə də Türkiyədə zəlzələni süni yarada bilərdilərmi? Əgər həqiqətən də belədirsə, Allah bu zülmü götürməz. Allah tezliklə cinayətkarların bəlasını versin, amin", - deyə, Xəlilova qeyd edib.

Xatırladaq ki, Tesla Nyu-Yorkdakı laboratoriyasında keçirdiyi təcrübədə Rixter şkalası üzrə 5 bal gücündə süni zəlzələ yarada bilmişdi. Lakin daha sonra bunun qorxulu və lazımsız olduğu deyilərək rədd edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR