Türkiyənin "DHA" xəbər agentliyinin Hataydakı müxbiri İzzət Nazlı ailəsi ilə birlikdə zəlzələdə həyatını itirib.
Metbuat.az "DHA"ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində İ.Nazlı, onun həyat yoldaşı və 2 uşağı dağıntılar altında qalıb.
Hadisədən 35 saat sonra onların cəsədləri aşkar edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7.7 bal gücündə zəlzələ baş verib. Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.
