80 saat sonra Türkiyəni sevindirən xəbər:

Türkiyədə dağıntılar altında qalan daha iki nəfər xilas edilib.

Metbuat.az xəbər verir ki, xilasedicilər Kahramanmaraşda 9 yaşlı qız və onun atasını 80 saat sonra dağıntılar altından sağ çıxarıb. Onların səhhətinin normal olduğu bildirilir. Xilasedicilər onları dağıntılar altından çıxararkən, qızın atasının qucağında olduğunu müşahidə ediblər. Ata və qızı xilas olunmaq üçün 80 saat bu vəziyyətdə gözləmək məcburiyyətində qalıblar. Güman edilir ki, ata zəlzələ vaxtı qızını qucağına alaraq xilas olmağa çalışıb. Lakin bu zaman onlar dağıntılar altında qalıblar.

Qeyd edək ki, bundan əvvəl 36 yaşlı ana və iki uşağı dağıntılar altından sağ çıxarılıb. Onlar 76 saat sonra dağıntılar altından çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR