Türkiyənin tanınmış siyasətçisi və dövlət xadimi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri 84 yaşlı Dəniz Baykal vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu tviter hesabında məlumat yayıb.
CNN Türk-ün məlumatına görə, Baykal yatdığı yerdə ölüb. Onun dəfn mərasimi Ankarada təşkil oluna bilər. Siyatəsçi Antalyada dəfn ediləcək.