Türkiyədəki zəlzələ nəticəsində Suriyada dağıntılar altında qalan qadının dünyaya gətirdiyi uşaqla bağlı minlərlə müraciət edilib.

Metbuat.az xəbər verir ki, müraciət edənlər Afrində doğulan uşağı övladlığa götürmək istəyirlər. Məlumata görə, ana uşağı dünyaya gətirəndən sonra həyatını itirib. Uşağın digər ailə üzvləri də zəlzələ nəticəsində vəfat edib. Bildirilir ki, uşaq dünyaya gələndən sonra dağıntılar altından xilas edilib. Uşağın vəziyyəti ağır olsa da, o həyatda qalıb. İndi qızın səhhəti normaldır. Aya adı verilən uşağı övladlığa götürmək istəyənlər ona gözəl həyat bəxş etmək istədiklərini bildiriblər.

Hələlik rəsmi dairələr müraciətlərə cavab verməyib. Hazırda uşaq Afrindəki xəstəxanadadır və xəstəxananın baş həkimi onu himayə edir.