Ərdoğan hökuməti iclasa toplayır

Türkiyə Nazirlər Kabineti bu gün Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin Ankaradakı baş ofisində iclas keçirəcək.

Metbuat.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, iclas zəlzələdən zərər çəkmiş rayonlardakı vəziyyətə həsr olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclas yerli vaxtla saat 15:00-da başlayacaq.

Təbii fəlakət zonasında olan hökumət üzvləri isə iclasa videokonfrans vasitəsilə qoşulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR