84 yaşında dünyasını dəyişən Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykalla vida mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, mərasim ilk olaraq, CHP-nin Qərargahının önündə, sonra isə Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil edilib.
Eyni zamanda Ankarada keçirilən vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
D.Baykal daha sonra Ankarada dəfn edilib.
