Üzr videosu çəkmədi: Ölkəsinə qayıtmaqdan imtina edib xaricdə qaldı -

İranlı şahmatçı Sarasadat Xademəlşəriyə Qazaxıstanda keçirilən dünya çempionatına hicabsız qatıldığı üçün barəsində həbs qərarı verilib.

Metbuat.az “radiofarda.com”a istinadən xəbər verir ki, 26 yaşlı qrossmeyster bu səbəbdən İspaniyaya mühacirət edib.

Bu addımı ilə İrandakı hazırkı etiraz hərəkatını dəstəkləyən Xademəlşəriyə “Reuters”ə müsahibəsində belə bir cəzanın veriləcəyini gözlədiyini deyib: “Biz şahmatçılar həmişə növbəti gedişin nə olacağını təxmin etməliyik”.

Xademəlşəriyənin sözlərinə görə, İran hakimiyyəti ölkəyə qayıtmaq icazəsi müqabilində ondan hərəkətinə görə peşman olduğunu ifadə edən video dərc etməyi istəyib. Ancaq şahmatçı atdığı addımdan peşman olmadığını vurğulayıb: “Hicabın açılması İranda bu hərəkatın simvollarından birinə çevrildi və mən də nəhayət, sevdiyim işlə məşğul olmağa, özüm olmağa qərar verdim”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR