Moldovada yeni hökumət quruldu

Moldova parlamenti prezident Maya Sandu tərəfindən baş nazir vəzifəsinə təklif edilən Dorin Receanın rəhbərlik etdiyi hökumətə etimad səsverməsi verib.

Metbuat.az xəbər verir ki, Moldovanın baş naziri Natalya Qavrilitsanın istefa verməsindən sonra parlament yeni baş nazir və nazirləri müəyyən etmək üçün toplaşıb.101 deputatdan 62-si Dorin Receanın rəhbərlik etdiyi hökumətə etimad göstərib. Dorin Recean parlamentdəki çıxışından bildirib ki, Moldova Ukraynadakı müharibədən qaynaqlanan müxtəlif problemlərlə üzləşib.

"Bu şərtlərdə sülh və sabitlik hökumətin prioritetidir. Sakit olmayan bir dövrdən keçirik və çətinliklərlə qarşı müdafiə gücümüzü gücləndirməli, ictimai asayişi qorumaq üçün vəsait ayırmalıyıq” - Dorin Recean qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR